Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail Misir sərhədində hərbi əməliyyatlara başlayacaq

İsrail Misir sərhədində hərbi əməliyyatlara başlayacaq

Tarix: 13 Yanvar 2024 20:58

İsrail Misirə Qəzza zolağı ilə Misir arasındakı sərhəddə nəzarəti bərqərar etmək üçün hərbi əməliyyat keçirməyi planlaşdırdıqlarını bildirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Tayms of İsrail" məlumat verib.

Məlumata görə, əməliyyat zamanı İsrail Rəfah sərhəd-keçid məntəqəsinə nəzarəti ələ keçirərək Misirlə Qəzzanı ayıran Filadelfiya dəhlizi adlanan əraziyə qoşun yerləşdirəcək və İsrail qoşunları Qəzza zolağında fəaliyyət göstərəcək.

İsrail liderləri hələ ki, əməliyyata icazə verməyiblər və onun vaxtı İsrail və HƏMAS arasında yeni girov müqaviləsi üzrə danışıqlar aparmağa çalışan Misir hökuməti ilə danışıqlardan asılı olacaq.

Milli.Az


Etiketlər:  İsrail Misir sərhədində hərbi əməliyyatlara başlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ