Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kremldən Rusiya təyyarələrinin vurulmasına dair Açıqlama

Kremldən Rusiya təyyarələrinin vurulmasına dair Açıqlama

Tarix: 15 Yanvar 2024 17:34

Kreml Azov dənizində Rusiyaya məxsus 2 təyyarənin Ukrayna tərəfindən vurulması ilə bağlı hər hansı məlumata sahib olmadığını açıqlayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb. 

O, həmçinin sözügedən mövzunun xüsusi hərbi əməliyyata aid olduğunu bildirib və jurnalistlərə bununla bağlı Müdafiə Nazirliyinə müraciət etməyi tövsiyə edib. 

Xatırladaq ki, Ukrayna mediası Azov dənizi üzərində Rusiyaya məxsus "A-50" kəşfiyyat və "İl-22M" bombardmançı təyyarələrinin vurulduğunu yazıb. Rusiya MN məsələni rəsmi olaraq şərh etməyib.


Etiketlər:  Kremldən Rusiya təyyarələrinin vurulmasına dair Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ