Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Sizi qorxutmaq istəmirəm, amma hər an...” - Ohanyan

“Sizi qorxutmaq istəmirəm, amma hər an...” - Ohanyan

Tarix: 15 Yanvar 2024 20:12

Azərbaycanla yeni müharibəyə hər an hazır olmalıyıq.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, deputat Seyran Ohanyan deyib.

"Xalqımızı qorxutmaq istəməzdim, amma elə bir vəziyyətdəyik ki, hər an vətənimizin müdafiəsinə hazır olmalıyıq. Danışıqların bitdiyi yerdə düşmənçiliklərin başladığı göz qabağındadır", - sabiq nazir bildirib.

Ohanyan danışıqların davam etməsinə və sülh müqaviləsi ilə bağlı mübadilələrə baxmayaraq, Ermənistan və Azərbaycanın sülhə yaxın olmadığını iddia edir.

Deputat onu da əlavə edib ki, hazırkı vəziyyətdə strateji tərəfdaşlarla, qonşularla münasibətlərin pisləşməsi və bunun əvəzinə regionda qeyri-müəyyənliyin olması Ermənistan üçün yaxşı hal deyil.

Milli.Az


Etiketlər:  Sizi qorxutmaq istəmirəm amma hər an Ohanyan


RƏYLƏR