Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kuleba Lavrovu “vurmaq hissi keçirdi” - Mariya cavab verdi

Kuleba Lavrovu “vurmaq hissi keçirdi” - Mariya cavab verdi

Tarix: 16 Yanvar 2024 14:54

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova xarici işlər naziri Sergey Lavrovu vurmaq istədiyini bəyan edən Ukrayna diplomatik idarəsinin rəhbəri Dmitri Kulebanı qeyri-adekvat və savadsız adlandırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

O, ukraynalı nazirə başqa karyera seçməli olduğunu deyib:

"Kiyev rejiminin nümayəndələrinin qeyri-adekvat olduğu hamıya məlum olan faktdır. Əslində problem budur - təhsilsiz aqressiv insanlar nazir adı altında Amerikanın puluna görə Ukraynanı xarabalığa çevirmək üçün işə götürülüblər. Bəlkə o, XİN-ə yox, qaydasız davaya getməli idi".

Qeyd edək ki, Kuleba müsahibəsində rusiyalı həmkarı Lavrovu vurmaq istəyi hiss etdiyini etiraf edib.

Milli.Az


Etiketlər:  Kuleba Lavrovu vurmaq hissi keçirdi Mariya cavab verdi


RƏYLƏR