Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Emrelinin son vəziyyəti bəlli oldu

Mahir Emrelinin son vəziyyəti bəlli oldu

Tarix: 16 Yanvar 2024 20:36

Zaqreb "Dinamo"sunun azərbaycanlı futbolçusu Mahir Emrelinin son vəziyyətinə aydınlıq gəlib.

Milli.Az bildirir ki, fanat.az-ın məlumatına görə, müayinələrdən sonra Mahirin əməliyyata ehtiyacı olmadığı üzə çıxıb.

Azərbaycan millisinin forvardı cərrah masasına uzanmaq məcburiyyətində qalmasa da, azı ayyarım futbol oynaya bilməyəcək. Bərpa müddətinin 3 aya qədər uzanmaq ehtimalı da var.

Xatırladaq ki, Mahir "Dinamo"nun 10 gün öncə Sloveniya "Roqaşka"sına qarşı keçirdiyi yoxlama görüşündə (1:0) zədələnib.

Milli.Az


Etiketlər:  Mahir Emrelinin son vəziyyəti bəlli oldu


RƏYLƏR