Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2024 23:08
Bu il yanvarın 1-nə Azərbaycanın valyuta ehtiyatları 67 milyard 682,7 milyon ABŞ dolları təşkil edib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunun 82,8 %-i və yaxud 56 milyard 69,7 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 17,2 %-i və yaxud 11 milyard 613 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 2 milyard 383,4 milyon ABŞ dolları və yaxud 3,6 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 545,7 milyon ABŞ dolları və yaxud 1 %, AMB-nin valyuta ehtiyatlarında isə 1 milyard 837,7 milyon ABŞ dolları və yaxud 18,8 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 9 milyard 653,4 milyon ABŞ dolları və yaxud 16,6 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 7 milyard 36,1 milyon ABŞ dolları və yaxud 14,3 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 617,3 milyon ABŞ dolları və yaxud 29,1 % artım nümayiş etdirib.
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) |
|
01.01.2024 |
56 069,7 |
11 613.0 |
67 682,7 |
01.10.2023 |
55 524,0 |
9 775,3 |
65 299,3 |
01.07.2023 |
54 915,1 |
9 195,9 |
64 111,0 |
01.04.2023 |
53 437,6 |
9 133,0 |
62 570,6 |
01.01.2023 |
49 033,6 |
8 995,7 |
58 029,3 |