Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ançelotti çalışdığı ən güclü futbolçunun adını çəkdi

Ançelotti çalışdığı ən güclü futbolçunun adını çəkdi

Tarix: 17 Yanvar 2024 20:12

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti keçmiş fransalı yarımmüdafiəçi Zinəddin Zidanı indiyə qədər birlikdə çalışdığı ən yaxşı futbolçu adlandırıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, fikirlərini belə izah edib:

"Zidan indiyə qədər işlədiyim ən güclü oyunçudur. Onun məşqdə etdikləri inanılmaz idi, mən heç vaxt belə bir şey görməmişəm".

Xatırladaq ki, Karlo Ançelotti 2021-ci ildə karyerasında ikinci dəfə "Real Madrid"i çalışdırıb. Bundan əvvəl italiyalı mütəxəssis 2013-2015-ci illərdə "Los Blancos"da çalışıb. Onun rəhbərliyi altında "qaymaqlılar" İspaniya çempionu olub, iki dəfə ölkə kubokunu, eləcə də Çempionlar Liqasını qazanıb. Bundan əlavə, Karlo Ançelotti ilə "Real" iki dəfə FIFA Klublararası Dünya Çempionatının qalibi olub.

Milli.Az


Etiketlər:  Ançelotti çalışdığı ən güclü futbolçunun adını çəkdi


RƏYLƏR