Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çılpaq partiyə görə Nastyadan 1 milyard istəyirlər - FOTO

Çılpaq partiyə görə Nastyadan 1 milyard istəyirlər - FOTO

Tarix: 18 Yanvar 2024 05:06

Moskvanın Taqanski Məhkəməsi Nastya İvleyevadan "çılpaq" partiyə görə bu dəfə 1 milyard rubl (təxminən 19 milyon manatdan çox) tələb edir. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, məhkəmə aparıcının məsuliyyətə cəlb olunmasını istəyir. Bu iddianı isə "Mutabor"da baş tutan partiyə qatılanlar qaldırıb. Onlar dəyən ziyanın aparıcı tərəfindən ödənilməsini istəyirlər. Siyahida aktyor Aleksandr İnşakovun da adı yer alıb. 

Aktyor bundan əvvəl Moskvanın Hamovniki Məhkəməsində İvleyevaya qarşı iddia qaldırmışdı, lakin cavabdeh burada yaşamadığı üçün iddia rədd edilmişdi.

Aktyor və digər şikayətçilər 1 milyard rublu Nastyadan alıb, "Vətənin Müdafiəçiləri" xüsusi hərbi əməliyyatının iştirakçılarına dəstək üçün dövlət fonduna köçürəcəklərini bildiriblər.

Qeyd edək ki, İvleevanın özünün dediyinə görə, dekabrın 21-də baş tutan gecədə "Playboy" jurnalı tərəfindən 2022-ci ildə çəkilmiş fotoşəkillərin təqdimatı olub. O, günahkar olmadığını bildirib. Sosial fəalların şikayət etdiyi qalmaqallı hadisəyə Filipp Kirkorov, Dima Bilan, Lolita Milyavskaya, Qlyukoza, Anna Asti, Kseniya Sobçak və başqaları qatılıb. Bundan sonra onlar bir çox tədbirdən uzaqlaşdırılıblar.


Etiketlər:  Çılpaq partiyə görə Nastyadan milyard istəyirlər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ