Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bred Pitt və yeni sevgilisi Ancelina Colinin ailəsi ilə rastlaşdı

Bred Pitt və yeni sevgilisi Ancelina Colinin ailəsi ilə rastlaşdı

Tarix: 18 Yanvar 2024 07:18

Hollivud aktyoru Bred Pitt sevgilisi ilə iştirak etdiyi sərgidə keçmiş həyat yoldaşı, aktrisa Ancelina Colinin atası və qardaşı ilə qarşılaşıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə "The Sun" nəşri mənbəyə istinadən məlumat yayıb.

Bred Pitt və sevgilisi İnes de Ramon, Ancelina Colinin atası Con Voiht və qardaşı Ceyms Xeyvenin də olduğu Larri Qaqosianın müasir incəsənət qalereyasını ziyarət ediblər.

Mənbə bildirir ki, Ceyms (Ancelina Colinin qardaşı) mehriban idi və Bredi tanıyıb, lakin onların danışdıqları görülməyib.

Onlar əsasən tədbir boyu kənarda qalıblar, dostları ilə söhbət ediblər.

"The Sun" bildirir ki, Bred Pitt sərgidə keçmiş həyat yoldaşının ailə üzvlərinin iştirak edəcəyini bilmirdi.

Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 2014-cü ilin avqust ayında ailə qurublar. Pitt və Coli 2016-cı ildə təyyarədəki qızğın mübahisədən sonra ayrıldıqlarını elan ediblər. 

Coli və Pitt altı uşağa sahibdirlər. Onlardan üçü övladlığa götürülüb.

Milli.Az


Etiketlər:  Bred Pitt yeni sevgilisi Ancelina Colinin ailəsi ilə rastlaşdı


RƏYLƏR