Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bred Pitt aylarla çimmirdi, çox iyrənc idi”- Maraqlı iddia - FOTO

“Bred Pitt aylarla çimmirdi, çox iyrənc idi”- Maraqlı iddia - FOTO

Tarix: 20 Yanvar 2024 18:20

"Evimiz Hollivudda" filmi ilə məşhurlaşan kanadalı aktyor Ceyson Pristli keçmiş otaq yoldaşı və həmkarı Bred Pittin "çirkli paltarlarını" üzə çıxarıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bir zamanlar onunla eyni evi kirayələdiyini deyən aktyor Pittin çox pinti olduğunu deyib.

"İndi mən bu haqda düşünürəm və öz-özümə deyirəm ki, bu adam, necə də iyrəncdir. Həmişə aramızda mərc edərdik ki, kim daha çox kirli qala bilər. O, bu oyunda qalib gələrdi. Düşünmürəm ki, o, həmin vaxtlar duş qəbul etmədən çox uzun müddət qalırdı və buna dözə bilərdi",- deyə o bildirib.

"Los-Ancelesin qorxunc bir yerində onunla iki otaqlı mənzildə yaşayırdıq. Kasıb idik. Makaronla dolanırdıq. Bred Pitt 1990-cı illərdə məşhurlaşdı və daha bizimlə əlaqə saxlamaq istəmədi. Mən sonralar onu axtarsam da, o, uzaq qalmaq istədi. Dostluğumuz pozuldu",- aktyor bildirib.

Milli.Az


Etiketlər:  Bred Pitt aylarla çimmirdi çox iyrənc idi Maraqlı iddia FOTO


RƏYLƏR