Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ana oğluna narkotik tərkibli konfet aldı, sonra...

Ana oğluna narkotik tərkibli konfet aldı, sonra...

Tarix: 20 Yanvar 2024 19:40

ABŞ-da bir qadın uşağına narkotik tərkibli konfet alıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə ABŞ-ın Cənubi Karolina ştatının Fort Mill şəhərində baş verib.

Belə ki, Katherine Battereit adlı qadın 6 yaşlı oğlu üçün təsadüfən tərkibində narkotik maddə olan konfet alıb. 

O bildirib ki, oğlu konfeti yedikdən sonra onu xəstəxanaya aparıb.

"Qorxdum. Körpəmi öldürdüyümü zənn etdim. O, piştaxtada nəyisə göstərdi və konfetə baxmadan onu aldım. Oğlum konfeti yedikdən sonra qəribə davranmağa başladı və başgicəllənmədən şikayətləndi. Konfetin etiketinə baxdıqda narkotik tərkibli olduğunu gördüm".

Qeyd edək ki, uşaq altı saat reanimasiyada yatıb.

Milli.Az


Etiketlər:  Ana oğluna narkotik tərkibli konfet aldı sonra


RƏYLƏR