Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2019 15:12
Bakı. Trend:
Mayın 2-də saat 5 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu zaman ərazidə xidmət aparan Qovlar Polis Bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya 2 dəfə atəş açıb, sonuncu tüfəngi ataraq qaçıb.
Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Eynur Həsənov olması, “İJ-16” markalı tüfəngin isə müvafiq sənədlərinin olmadığı, həmçinin həmin gün qeyd edilən kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə etdiyi müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin