Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Afrika Millətlər Kubokunda FACİƏ: 6 azarkeş öldü

Afrika Millətlər Kubokunda FACİƏ: 6 azarkeş öldü

Tarix: 23 Yanvar 2024 16:00

Qvineya yığmasının Afrika Millətlər Kubokunda Qambiya üzərində 1:0 hesablı qələbəsini qeyd edən zaman 6 azarkeş həlak olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Qvineya Futbol Federasiyasının nümayəndəsi Amadu Makadji açıqlayıb.

Ölkənin paytaxtı Konakridə insanlar motosiklet və avtomobillərlə şəhər küçələrinə çıxaraq komandanın qələbəsini qeyd etmək qərarına gəliblər. İki avtomobilin yüksək sürətlə toqquşması nəticəsində 3 nəfər ölüb, qalanları isə digər qəzalarda xəsarət alıb.

Qeyd edək ki, Qvineya yığması Afrika Millətlər Kubokunun qrup mərhələsində keçirdiyi iki iki oyunda 4 xal toplayıb.

Milli.Az


Etiketlər:  Afrika Millətlər Kubokunda FACİƏ 6 azarkeş öldü


RƏYLƏR