Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2024 19:48
"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andradenin agenti Huqo Kajuda futbolçunun gələcəyi barədə Rusiya mətbuatına açıqlama verib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o, Kabo Verde millisinin üzvünün Rusiya Premyer Liqasında çıxış edən iki klubun maraq dairəsində olduğunu bildirib:
"Həqiqət budur ki, "Rubin" oyunçunu izləyir. Leandro ilə "Krasnodar" da maraqlanır. Gəlin görək bütün bunlar nə ilə nəticələncək", - deyə Kajuda açıqlamasında bildirib.