Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pentaqon: NATO Rusiya ilə münaqişəyə can atmır

Pentaqon: NATO Rusiya ilə münaqişəyə can atmır

Tarix: 25 Yanvar 2024 07:50

Şimali Atlantika Alyansı (NATO) Rusiyaya özünümüdafiəyə hazır olduğunu sübut etməyə çalışır, amma onunla silahlı münaqişəyə can atmır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu bəyanatla ABŞ-nin müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander çıxış edib.

NATO-nun Rusiya ilə birbaşa qarşıdurmaya getmədən Qara dənizdə təhlükəsizliyi necə yaxşılaşdırmağı planlaşdırdığı ilə bağlı sualı cavablandıran S.Uollander deyib ki, alyans buna Madrid və Vilnüs sammitlərindən sonra liderlərin qərar və göstərişlərinə əməl etməklə nail olmaq niyyətindədir. NATO ölkələri Vilnüsdə alyansın şərq cinahında 300 min əsgər yerləşdirmək planını təsdiqləyib.

"Söhbət müdafiə imkanlarından gedir. Onlar NATO-nun özünü müdafiə edə biləcəyini nümayiş etdirmək üçün nəzərdə tutulub. Məqsəd çəkindirməkdir, Rusiya ilə müharibəyə təhrik etmək deyil", - deyə Pentaqon rəhbərinin köməkçisi bildirib.

Milli.Az


Etiketlər:  Pentaqon NATO Rusiya ilə münaqişəyə can atmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ