Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2024 18:44
Maykl Oflaherti Avropa Şurasının İnsan Hüquqları üzrə yeni komissarı seçilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə AŞPA-nın X sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.
Məlumata görə, o, Dunya Miyatoviçi əvəzləyəcək və 6 il bu vəzifəni icra edəcək.
O'Flahertinin namizədliyini AŞPA-nın 104 deputatı dəstəkləyib (Bolqarıstandan Meqlena Kuneva 70, Avstriyadan Manfred Novak 37 səs toplayıb). Oflaherti bu il aprelin 1-də vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Avropa Şurasının İnsan Hüquqları üzrə əvvəlki komissarı bosniyalı hüquq müdafiəçisi Dunya Miyatoviç olub.