Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2024 21:04
Ötən həftə Dövlət İnvestisiya Komitəsinin iclasında "quru liman"ın dərin iqtisadi və texniki təhlili təsdiq edilib və Baş nazir yol xəritəsinin formalaşdırılması və icrasına başlanılması barədə göstəriş verib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.
"Həmçinin müzakirə edilib və razılaşdırılıb ki, şimal-qərb qovşağı ilə üst-üstə düşən "quru liman" ümumi "Sülh qovşağı" proqramına daxil edilsin və onun tərkib hissələrindən biri kimi təqdim edilsin", - o bildirib.
Bu il bu istiqamətdə addımların atılıb-atılmayacağı ilə bağlı suala nazir müsbət cavab verib:
"Texniki-iqtisadi əsaslandırmanın bir hissəsi olan yol xəritəsini dövriyyəyə buraxırıq. Eyni zamanda, müxtəlif işlər görürük: əməliyyata konsaltinq şirkəti cəlb edirik, tender paketi tərtib edirik və artıq investisiya şirkətlərinin cəlb edilməsi üzərində işləyirik".