Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2024 08:20
Türkiyədə film kimi maraqlı hadisə yaşanıb. Yeni müğənnilərdən biri özünü başqa bir məşhur müğənni kimi təqdim edərək, onun şöhrəti altında pullar qazanıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, Gökçe Kırgız Durukanın 2006-cı ildə ifa etdiyi "Kalbime Gömerim" mahnısı internetdə məşhurlaşıb. Hər kəs onun mahnısını eşitsə də, üzünü görməmişdi. Belə olan halda başqa bir müğənni mahnını özəlləşdirib, həmin müğənninin özü olduğunu iddia edib. Belə ki, əsl adı Merve Doğan olan müğənni adını rəsmi olaraq Gökçe Kırgız adı ilə əvəz edib və 17 il öncə yazılmış məşhur mahnının sözləri və bəstəsinin də ona aid olduğunu iddia edib. İkinci Gökçe məşhurlaşdıqdan sonra əsl Gökçə üzə çıxıb.
İnternet fenomeni Gökçe Kırgız Durukan ticarət nişanı hüquqlarının pozulduğunu əsas gətirərək təzminat davası açıb.
Dünən məhkəmə bu qəribə dava ilə bağlı qərar çıxarıb. Birinci Gökçenin haqları qorunub, ikinciyə bu addan imtina etmək tövsiyə olunaraq, etdiyi əmələ görə cərimə yazılıb.