Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksika sərhədində gərginlik: Texas vitse-qubernatoru Baydenə xəbərdarlıq etdi

Meksika sərhədində gərginlik: Texas vitse-qubernatoru Baydenə xəbərdarlıq etdi

Tarix: 26 Yanvar 2024 23:52

"ABŞ prezidenti Co Baydenin administrasiyası Milli Qvardiyanın üzvləri və ya digər ştatın təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya girərsə, bu böyük səhv olacaq".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ-nin Texas ştatının vitse-qubernatoru Den Patrik deyib.

"Baydenin administrasiyasının edə biləcəyi ən böyük səhv, əslində biz amerikan xalqının istədiyi işi görərkən hüquq-mühafizə orqanları, silahlı qüvvələrimiz, Milli Qvardiyamızla sərhəddə, bu parkda toqquşmaqdır".

Qeyd olunur ki, federal və ştat departamentləri arasında mümkün qarşıdurma ilə bağlı narahatlıqlar Ali Məhkəmənin ABŞ-Meksika sərhədində canlı tikanlı məftilləri qəddar və qeyri-insani tədbir hesab edən qərarından sonra yaranıb. Federal sərhədçilər Texas qubernatoru Qreq Ebbotun təşəbbüsü ilə quraşdırılan naqilin kəsilməsi üçün icazə alıblar. "Əgər onlar gəlib (bu) vəziyyəti yaratsalar, bütün ABŞ demokratların xalqımızı qorumaq üçün konstitusiya hüququ ilə hərəkət edən bir dövlətə qarşı durmağa hazır olduqlarını görəcək", - Patrik əlavə edib.


Etiketlər:  Meksika sərhədində gərginlik Texas vitse qubernatoru Baydenə xəbərdarlıq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ