Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir balaca zəncəfiliniz varsa - Sizə belə kömək edəcək

Bir balaca zəncəfiliniz varsa - Sizə belə kömək edəcək

Tarix: 30 Yanvar 2024 07:51

Son illərdə bitkilərin sağlamlığa faydaları bütün dünyada daha çox diqqət çəkməyə başlayıb. Həmin bitkilərdən biri də müalicəvi xüsusiyəti ilə tanınan zəncəfildir.

Milli.Az qafqazinfo.az-a istinadən zəncəfil bitkisinin faydaları barədə məlumatı təqdim edir:

Təbabətdə zəncəfilin istifadəsi qədim dövrlərə gedib çıxır. Hindistanlıların və çinlilərin 5000 ildən artıqdır ki, zəncəfil kökündən istifadə etdikləri güman edilir. Hazırda zəncəfilin ən böyük istehsalçısı Hindistandır.

Zəncəfil soyuqdəymə və mədə ağrısı üçün çox faydalıdır. Hətta hamilə xanımlar ürəkbulanma zamanı bu bitkidən dəmlənmiş çayı içsələr, həmin dönəmi rahat keçirəcəklər.

Bundan başqa, bu ətirli ədviyyat immuniteti artırır, damar tıxanıqlığının qarşısını alır. Xərçəngə qarşı qoruyucudur. Kilo vermək istəyənlər də mətbəxdən zəncəfili əksik etməməlidirlər. Belə ki, zəncəfil və darçın qatılaraq dəmlənmiş yaşıl çay metabolizmanı 2 dəfəyədək sürətləndirə bilir. Qan sulandırıcı dərman içən şəxslərin isə bu ədviyyatdan istifadə etmədən öncə həkimlə məsləhətləşməkləri lazımdır.

Milli.Az


Etiketlər:  Bir balaca zəncəfiliniz varsa Sizə belə kömək edəcək


RƏYLƏR