Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı aparıcı ata oldu - FOTOlar

Azərbaycanlı aparıcı ata oldu - FOTOlar

Tarix: 30 Yanvar 2024 09:20

Aparıcı Azər Süleymanlının ikinci övladı dünyaya gəlib.

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə o, instaqramda məlumat yayıb.

Azər bildirib ki, qızı Layla ötən ilin dekabrında doğulub:

"18 dekabr 2023-cü il. Saat 16:08. "Qızınız oldu!". Sənin gəlişinin müjdəsi düzülən dünyanın ən gözəl cümlələrindən birinin ardından çox keçmədi ki, daha bir cümlə quruldu: "Körpəniz çox ağırdır. Hər şeyə hazır olun!".

Yer üzünün bütün səadətinin bir cümləyə sığa biləcəyini bilirdim, iki sözdən ibarət sadə, amma dünyanın ən xoşbəxt cümləsini də az öncə eşitmişdim. Sadəcə o an həm də anladım ki, insan yalnız torpağa deyil, bəzən bir kəlməyə, bir cümləyə də dəfn oluna bilirmiş... Bəzən bir cümlədə bütün ömür gəlib keçirmiş, bir cümlənin deyildiyi o bircə saniyədə illər ötər, əsrlər dəyişirmiş...

Mən o həftələrdə - bir əsrə tən günlərdə sən var ikən ən böyük yoxluğunu yaşadım. Gözümün önündə ola-ola əlinə toxuna bilmədən, qoxunun necə olduğunun həsrətindən yerə çökdüm, göyə çıxdım!

Sən bu sınaqlarla dolu həyata gəldiyin ilk andan etibarən imtahan verməyə, mücadilə etməyə başladın, qızım... Dilərəm ilk savaşı qazandığın kimi, həyatın bütün sınaqlarından da belə məğrur çıxa biləsən - 8 illik həsrətdən sonra gələn payım!

Bizi buraxmadığın üçün, getmədiyin üçün çox sağ ol, qızım!!!

Həm də çox sağ ol ki, həyatımızı, ətrafımızı sahmana saldın. İllərdir əhatəmizdə, köksümüzdə yerləri yanlış olan insanları yerbəyer etdin, hər kəsin kimliyini, ürəyini aşkara çıxardın.

Və həm də gəlişinlə elə bir xeyirə vəsilə oldun ki, Allah savabını öz ömrünə yazsın.

Allah səni və qardaşını layiqincə böyüdüb yerbəyer edə biləcək qədər ömür versin bizə. Allah övlad sevinci yaşatsın - arzusunda olan hər ailəyə, hər kəsə!

Mənə dünyanın ən böyük payını və yaxşılığını edən, mənə bir oğul və bir qız verən qadın - təşəkkür nə ki? Ömrüm fəda sənə".

Milli.Az


Etiketlər:  Azərbaycanlı aparıcı ata oldu FOTOlar


RƏYLƏR