Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin daxili işlər naziri İŞİD-in əsas fiqurlarından birinin saxlanıldığını bildirib

Türkiyənin daxili işlər naziri İŞİD-in əsas fiqurlarından birinin saxlanıldığını bildirib

Tarix: 13 Noyabr 2019 19:00

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İŞİD terror təşkilatının əsas fiqurlarından birinin saxlanıldığını bəyan edib.

Trend-in məlumatına görə, hazırda adı açıqlanmayan şəxsin sorğusu aparılır.

Nazir bildirib ki, Türkiyə İŞİD-ə qarşı fəal mübarizəni davam etdirir.

Terrorçuların deportasiyasına gəldikdə isə S.Soylu bildirib ki, Almaniya və Niderland öz vətəndaşlarını qəbul edəcək.

Noyabrın 14-də Almaniya vətəndaşı olan 7 İŞİD üzvü deportasiya olunacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyənin daxili işlər naziri İŞİD əsas fiqurlarından birinin saxlanıldığını bildirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ