Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' 17 yaşlı qapıçını aldı

''Real'' 17 yaşlı qapıçını aldı

Tarix: 3 Fevral 2024 19:12

"Real Madrid" 17 yaşlı ukraynalı qapıçı İlya Voloşinlə müqavilə imzaladığını açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yer alıb. 17 yaşlı qolkiper klubla 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Qapıçının boyu 202 santimetrdir. O, əvvəllər İspaniyanın gənclərdən ibarət komandalarında çıxış edib. 

Voloşin 2022-ci ilin sentyabrında azad agent kimi İspaniyanın "Novelda" klubuna köçüb və "Dnepr" klubunun yetirməsidir.

Xatırladaq ki, hazırda "Real"ın heyətində artıq cari mövsümdə Madrid klubunun start heyətində xeyli sayda oyun keçirən ukraynalı qapıçı Andrey Lunin də var. Əsas qapıçı Tibo Kurtua zədəsini sağaltmaqda davam edir.

Milli.Az


Etiketlər:  Real yaşlı qapıçını aldı


RƏYLƏR