Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2024 14:38
Okeaniyada yerləşən Quam adasının yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin verilənlərindən məlum olub.
Bildirilib ki, təbiət fəlakətinin ocağı adanın Merizo kəndindən 150 km aralıda yerləşib. Bakı vaxtı ilə 13:50-də qeydə alınmış yeraltı təkanların dərinliyi 52,9 km olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib, habelə sunami təhlükəsi hələlik elan olunmayıb.