Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 06:12
Bakı. Trend:
Avstraliyanın Yeni Cənubi Uels vilayətinin polisi kütləvi meşə yanğını zamanı daha bir insanın öldüyünü təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə hüquq-mühafiə orqanın rəsmi saytında bildirilib.
Məlumata əsasən, ölən şəxsin şəxsiyyəti hələ müəyyənləşdirilməyib, lakin onun 58 yaşlı yerli sakin olduğu güman edilir.
Bildirilir ki, bölgədə 61 meşə yanğınları qeydə alınıb, 25 alov ocağı hələ də lokallaşdırılmayıb. Yanğına qarşı mübarizə üçün 800-dən çox yanğınsöndürən və yüzlərlə xüsusi texnika səfərbər edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin