Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üzr istəyən Britnidən Castinə sillə kimi sözlər: “Ananın yanına gedib ağlayacaqsan?”

Üzr istəyən Britnidən Castinə sillə kimi sözlər: “Ananın yanına gedib ağlayacaqsan?”

Tarix: 5 Fevral 2024 02:05

Müğənni Castin Timberleyk çıxışı zamanı keçmiş sevgilisi dünya pop səhnəsinin ulduzu Britni Spirsin üzrxahlığına cavab verib. 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, Timberleyk Spirsin üzrxahlığını qəbul etməyib. 

Castin son konserti zamanı bunları söyləyib: 

"Mən fürsətdən istifadə edərək heç kəsdən üzr istəmirəm". 

Bundan sonra o, Britnidən ayrıldıqdan sonra uzun müddətdir buraxdığı "Cry Me a River" adlı hitini ifa edib. Bir çoxları isə bu bəstənin Britniyə həsr olunduğuna inanır. Spirs bu ikibaşlı açıqlamaya səssiz qalmayıb. 

Britni sosial şəbəkə hesabında qırmızı paltarda rəqs etdiyi yeni video yayımlayıb və keçmiş sevgilisini hüquqi addımlarla hədələyib və üzrxahlığını geri çevirib. 
"Birinin haqqımda pis söz dediyini eşitdim. Məsələni məhkəmədə həll etmək, yoxsa evə gedib keçən dəfəki kimi ananın yanında ağlamaq istəyirsən? Peşman deyiləm!", - deyə Britni yazıb. 

Qeyd edək ki, Britni Spirs və Castin Timberleyk 1997-2002-ci illərdə tanış olublar. Onların münasibətlərinin pozulması səs küyə səbəb olmuşdu. Timberleyk müğənninin xəyanətinə işarə etmişdi. Britninin yazdığı xatirə kitabında xəyanət etmədiyini bildirsə də, Castin özü ona mesaj yazaraq ondan ayrılıb. Britni Spirsin qarşı tərəf haqda səsləndirdiyi açıqlamalarından sonra müğənni pərəstişkarları tərəfindən təqib edilib. 


Etiketlər:  Üzr istəyən Britnidən Castinə sillə kimi sözlər Ananın yanına gedib ağlayacaqsan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ