Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabahdan prezident seçkiləri ilə əlaqədar təşviqat başa çatacaq

Sabahdan prezident seçkiləri ilə əlaqədar təşviqat başa çatacaq

Tarix: 5 Fevral 2024 07:42

Sabahdan növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, fevralın 6-da saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Milli.Az


Etiketlər:  Sabahdan prezident seçkiləri ilə əlaqədar təşviqat başa çatacaq


RƏYLƏR