Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gözəl idmançı sosial şəbəkələrin ulduzu hesab edilir - FOTOlar

Bu gözəl idmançı sosial şəbəkələrin ulduzu hesab edilir - FOTOlar

Tarix: 9 Fevral 2024 05:06

Oliviya Dann adı sizə tanış olmaya bilər. Bununla belə o, artıq sosial şəbəkələrin ulduzu hesab olunur.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 22 yaşlı idmançı LSU universitet komandasında yarışır. Lakin Oliviya sosial media vasitəsilə daha çox şöhrət qazanıb. Onun 7,4 milyondan çox izləyicisi var. Artıq "Grubhub", "Vuori", "Bodyarmor" və "American Eagle Outfitters" kimi brendlərin reklam kampaniyalarının simasına çevrilib.

Dann 2002-ci ilin oktyabrın 1-də Nyu Cersidə anadan olub. Onun idmana gəlişində anası böyük rol oynayıb. O, qızının 3 yaşından aktiv həyata qədəm qoymasını istəyib. Buna görə onu gimnastika bölməsinə aparıb. Oliviya bu ölkənin tanınmış mütəxəssisləri Kreyq və Cennifer Zappanın rəhbərliyi altında məşq edib.

2017-ci ildə Çikaqoda yeniyetmələrin ABŞ çempionatında üç medal qazanıb. Bu, gimnastın 15 yaşında ölkənin böyüklərdən ibarət komandasına daxil olmasına kömək edib. Yığmanın tərkibində İtaliyada keçirilən "City of Jesolo Trophy" turnirində iştirak etmək hüququ qazanıb. Bununla beynəlxalq arenada debüt edib.

Boş vaxtlarında sosial şəbəkələrdə paylaşımlar etməyi sevir. Onun videolarına 314 milyon bəyənmə gəlib. Oliviyanın "TikTok" paylaşımları ümumiyyətlə 1 milyondan az baxış əldə etmir. Ən populyarları 20 milyonu keçir.

Milli.Az


Etiketlər:  Bu gözəl idmançı sosial şəbəkələrin ulduzu hesab edilir FOTOlar


RƏYLƏR