Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2024 14:24
Bu cür iddialar Rusiyanın mövqeyini əks etdirir. Belə dezinformasiyaların Moskva tərəfindən yayılma ehtimalı var. çünki Rusiyaya yaxın olan Qarabağ klanının üzvləri və ya müxalifətə aid media Ermənistanda bu cür xəbərlər tirajlayır.
Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a politoloq Turab Rzayev ABŞ-ın Paşinyanı devirmək planı haqqında yayılan informasiyaları şərh edərkən deyib.
Onun sözlərinə görə, Vaşinqtonun belə bir niyyətinin olması mümkün deyil:
"Moskva çalışır ki, Paşinyan hakimiyyətdən getsin və dövlət başında daha çox rusiyameyilli şəxs olsun. Vaşinqtonun isə Paşinyanı belə tez kimləsə əvəz edəcəyini düşünmürəm. Paşinyan Qərbin layihəsidir və rəngli inqilab dalğasında hakimiyyətə gəlib. Qərb tərəfindən dəstəklənir. Həm də Qərb və ABŞ Ermənistan vasitəsi ilə Qafqazda açıq şəkildə hərəkət etmək və möhkəmlənmək imkanı qazanıb. Odur ki, Paşinyan hakimiyyətinin ABŞ və ya Qərb tərəfindən devriləcəyi ilə bağlı fikirlər əsassızdır".
Konfliktoloq Elman Vəliyev də hesab edir ki, Qərb bloku və ABŞ Paşinyandan narazı deyil. Konstitusiya ilə bağlı dəyişiklik də onun devrilməsi üçün ciddi səbəb ola bilməz:
"Ermənistana rəhbərlik etmiş şəxslər içərisində ən çox Paşinyan Qərbə və ABŞ-a sərf edən şəxsdir. Paşinyan dövründə Ermənistan Qərbi Avropa və NATO ilə daha isti münasibətlər qurdu. İndiki baş nazir üçün təhlükə ancaq Kremldən gələ bilər. Ermənistanda xalq Paşinyanı dəstəkləyir və hesab edirlər ki, ölkənin gələcəyi üçün nəsə etməyə çalışır".