Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2024 15:26
İranın Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində azı 9 Pakistan vətəndaşı ölüb, 3-ü yaralanıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Report" "TASS"a istinadən məlumat verib.
Qeyd olunub ki, üç silahlı şəxs əcnəbi vətəndaşların evinə atəş açmağa başlayıb və sonra hadisə yerindən qaçıb. Polis araşdırmaya başlayıb.
Bu, Sistan və Bəlucistan əyalətində baş verən ilk belə hadisə deyil.
Yanvarın 27-də "Mehr" agentliyi naməlum şəxslərin silahlı hücumu nəticəsində orada 9 əcnəbinin həlak olduğunu bildirib. İranın sərhəd bölgələrində fəaliyyət göstərən qruplardan heç biri hələlik bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.