Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrina Viner İlham Əliyevi təbrik edib

İrina Viner İlham Əliyevi təbrik edib

Tarix: 12 Fevral 2024 13:51

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az president.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin. Bu məsul və şərəfli vəzifəyə yenidən seçilməyiniz Sizin əməyinizin möhtəşəm nəticələrinin, Sizə Azərbaycan xalqının ən yüksək inamının və hörmətinin sübutudur.

Zəngin həyat təcrübəniz, Sizə xas olan enerji və görkəmli liderlik keyfiyyətləri Zati-alinizə respublikanın və onun sakinlərinin rifahı naminə məhsuldar çalışmağa kömək edir. Siz Azərbaycanın tərəqqisi uğrunda cəsur və məqsədyönlü mübariz kimi nəinki həmvətənləriniz arasında, həm də bütün dünyada hörmət və nüfuza sahibsiniz.

Sizi səmimi-qəlbdən təbrik edir, bütün planlarınızın soydaşlarınızın dəstəyi ilə həyata keçməsini arzulayır, Azərbaycanın rifahı naminə Sizə və komandanıza uğurlar diləyirəm".

Milli.Az


Etiketlər:  İrina Viner İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ