Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO)

AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO)

Tarix: 14 Noyabr 2019 16:40

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi və sağlam qidalanmanın təşviqi ilə bağlı istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Agentlikdən Trend-ə verilən məlumata görə, cəmiyyətimizdə gedən inkişaf, yeni tendensiyalar, qida təhlükəsizliyi ilə bağlı ciddi dəyişiklikləri qaçılmaz edir. Bu işdə ən vacib məqamlardan biri də istehsalçıların və istehlakçıların maarifləndirilməsidir.

Qida təhlükəsizliyi və qida sektoru ilə bağlı ən aktual məlumatları özündə əks etdirən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbu orqanı olan elmi-kütləvi jurnalın növbəti nömrəsi çapdan çıxıb.

Nəfis tərtibatda və yüksək keyfiyyətlə çapdan çıxan “Süfrə” jurnalı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Jurnalın təsis edilməsində əsas məqsəd əhalinin sağlam qidalanma, qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, həmçinin Azərbaycan əhalisinin təhlükəsiz qida ilə təmin olunması, bu istiqamətdə dövlət miqyasında həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasıdır.

Jurnal bir-birindən maraqlı rubrikalarla oxucuların görüşünə gəlib.

Belə ki, “Süfrə” jurnalının bu sayında qida mövzusunda müxtəlif oxucu kateqoriyası üçün maraqlı olan məlumatlar, qida təhlükəsizliyi ilə bağlı ölkəmizdə aparılan elmi araşdırmalar, qida məhsulları alarkən diqqət etməli olduğumuz məqamlarla bağlı maarifləndirici yazılar yer alıb.

Jurnalın əvvəlki nömrəsində olduğu kimi bu sayında da bir-birindən maraqlı müsahibələr yer alıb.

“Fikir üçbucağı” rubrikasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, “Həkim sözü” rubrikasında ölkəmizdə orqan transplantasiyası üzrə peşəkar həkim-cərrah Mircəlal Kazımi ilə geniş oxucu auditoriyası üçün maraqlı olacaq müsahibələr dərc edilib.

Jurnalın “Bələdçi” rubrikasında xəbərlər, yeniliklər, trendlər, eləcə də “Fikir üçbucağı” rubrikasında “Qida təhlükəsizliyində qanunvericilik”, “Qida Akademiyası” rubrikasında “Qida zəhərlənmələrinə qarşı ozon tətbiqi”, “Enerji içkilərinin fəsadları”, “Trans yağlardan necə qorunmalı?”, “Yaxşı yumurtanı seçmək metodu” başlıqlı məqalərlər dərc olunub. Bundan başqa “Bizdə yoxdur” rubrikasında “Avropada ərzaq israfçılığına qarşı yeni trendlər”, “Obyektivdə” rubrikasında “Fotoqraf-illüstrator Karl Uorner: Qida sənətdir”, “Yoxlama” rubrikasında “Milli referens laboratoriyasında toyuq analizi” mövzusunda maraqlı məqalələr yer alıb. “Gigiyena” rubrikasında isə “Dönərxana necə olmalıdır?” başlıqlı məqalədə dönər və dönərxana seçimində 7 qızıl qayda dərc olunub. Yazıda dönər, şaurma, burger hazırlanarkən sanitar-gigiyenik qaydalara əməl edilməsi, fəsd-fud sistemində çalışan şəxslərin uniformalı olması, dönər üçün kəsim məntəqələrində baytarlıq möhürü vurulmuş ətdən istifadə edilməsi, ətin düzgün daşınmasına qədər vacib məqamlar yer alıb. “Faydalı” rubrikasında isə təbiblərin ədviyyatı hesab olunan zərdəçalın möcüzəsi dərc olunub. Zərdəçalın orqanizmdəki şlaklar, toksinlər, digər zərərli maddələrin təmizləməsindən, şiş hüceyrələrinin inkişafını dayandırmasından, mədə-bağırsaq sistemi üçün faydalarından yazılıb. Jurnal maraqlı rubrikalarla qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin öz məsuliyyətini dərk etməsi və istehlakçıların hüquqlarının müdafiə olunması işinin təşkilində təbliğat və maarifləndirmə ilə bağlı əhəmiyyətli rol oynayacaq.

“Süfrə” jurnalını əldə etmək üçün 012-565-12-72 (daxili nömrə 553) telefon nömrəsi əlaqə saxlaya bilərsiniz.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO) AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb (FOTO)


Etiketlər:  AQTA nın Süfrə jurnalının növbəti sayı çapdan çıxıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ