Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2024 06:40
Monqolustanın keçmiş prezidenti Saxiaqiyn Elbeqdorj Rusiya Prezidenti Vladimir Putinlə amerikalı jurnalist Taker Karlsonun müsahibəsi fonunda ölkənin tarixi xəritəsini dərc edib.
Sonxeber.net axar.az xəbər verir ki, eks-prezident xəritəni bu sözlərlə paylaşıb:
"Putinin çıxışından sonra. Mən Monqolustanın tarixi xəritəsini tapdım. Narahat olmayın, biz sülhpərvər və azad xalqıq".
Qeyd edək ki, Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Ukraynanı Sovet hakimiyyətinin yaratdığı "süni dövlət" adlandırıb.
Monqolustanın sabiq prezidenti isə dolayısı ilə Putinə müasir dövlətlərə tarixi ərazi kontekstində qiymət verməməyə çağırıb. Belə ki, Monqolustanın tarixi xəritəsində nə Rusiya var, nə də Ukrayna - hamısı Çingiz xanın imperiyasına aiddir.