Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

QAİ - Don Kixotların niyə səsi çıxmır?

QAİ - Don Kixotların niyə səsi çıxmır?

Tarix: 13 Fevral 2024 13:00

Qərbi Azərbaycan İcması Ermənistanın şərti sərhəddə son hərbi təxribatını kəskin şəkildə pisləyir.

Sonxeber.net xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatda deyilir ki, bu, Ermənistanın başda Fransa olmaqla bir sıra dövlətlər tərəfindən silahlandırılmasının nəticəsi olmaqla yanaşı, həm də onun sülh müqaviləsinin imzalanmasından yayınmasını göstərir.

Əlində durbinlə şərti sərhədi, Zəngəzur dağlarını ələk-vələk edən Avropa İttifaqının Ermənistandakı Missiyası nəyə görə bu planlaşdırılmış təxribata reaksiya vermir? Bəs Jozep Borelin, Dövlət Departamentinin, konqresmenlerin, irqçi fransız siyasətçilərinin, Hollandiyanın, Kanadanın, Litvanın, Avropa Parlamentinin, Frank Şvabe, Natali Luazo, Marina Kalyurand, Jan-Kristof Buisson kimi Don Kixotların niyə səsi çıxmır?

Görünən odur ki, Ermənistan yenə də 2023-cü ilin yay aylarında olduğu kimi hansısa beynəlxalq dəstəyə inanıb Azərbaycana qarşı təhlükəli addımlar atır. Ermənistan xarici paytaxtların sözü ilə oturub-durmamalı, proksi dövlət olmamalı və "birinci respublika"nın səhvlərini təkrarlamamalıdır.


Etiketlər:  QAİ Kixotların niyə səsi çıxmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ