Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev və Mehriban Əliyeva şəhidlərin xatirəsini yad ediblər

İlham Əliyev və Mehriban Əliyeva şəhidlərin xatirəsini yad ediblər

Tarix: 14 Fevral 2024 13:45

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, "Əbədi məşəl" abidəsinin önünə gül dəstələri qoydular.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr etdilər.

Sonra xatirə şəkli çəkdirildi.

Milli.Az


Etiketlər:  İlham Əliyev Mehriban Əliyeva şəhidlərin xatirəsini yad ediblər


RƏYLƏR