Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gündə neçə dilim çörək yeməliyik?

Gündə neçə dilim çörək yeməliyik?

Tarix: 15 Fevral 2024 08:39

Sağlam insanın gündəlik çorək norması 2-3 dilimdir. Bir şərtlə ki, çörək tam taxıldan, kəpəkli və faydalı qatqılı olsun.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, həkim, immunoloq Marina Apletayeva kimlərə ağ çörəyin tamamilə qadağan oluna biləcəyini açıqlayıb.

"Əgər insanda piylənmə, insulin dirənci, şəkərli diabet varsa, ağ çörək, ümumiyyətlə, emal edilmiş undan imtina etməlidir. Kəpəkli çörək isə mədə-bağırsaq xəstəliyi olanlara olmaz. Tam taxıldan, dənəli çörək istənilən insan, istənilən xəstəlikdə yeyilə bilər. Amma bu çörəyi də sutkada 3 dilimdən çox yeməyin.

Hər faydalı çörək hər orqanizm üçün uyğun olmaya bilər. Çörək rasionda digər faydalı maddələrlə balanslaşdırılmalıdır. Çörəyə müxtəlif tumlar, qoz qatmaq mümkündür. Bu əlavə olaraq, çörəyin yağlılıq və vitaminini artıracaq. Amma çörəyə müxtəlif əlavələr edəndə mütləq həkimlə məsləhətləşin.

Çörəyə nə qata bilərsiniz:

- Kətan toxumu - "Omeqa 3", lif və linolin turşusu ilə zəngindir;

- Balqabaq tumu - maqniy, dəmir və s. zəngindir;

- Günəbaxan tumu - maqniy, E vitamini;

- Qoz, badam, fındıq - çörəyə fərqli dad verir.

- Qlüten həssaslğı olanlar qlütensiz undan istifadə etsin", - o qeyd edib.

Milli.Az


Etiketlər:  Gündə neçə dilim çörək yeməliyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ