Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

XƏBƏRDARLIQ: "TikTok" bu problemə qarşı mübarizəyə başlayır

XƏBƏRDARLIQ:

Tarix: 15 Fevral 2024 13:44

Siyasi dezinformasiya iddiaları ilə gündəmə gələn "TikTok" bu vəziyyətə çarə tapmaq qərarına gəlib. İyun ayında keçiriləcək Avropa Parlamenti seçkiləri öncəsi seçki təhlükəsizliyini təmin etmək üçün dezinformasiya xarakterli hesabatlar dərc ediləcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "ByteDance"a məxsus sosial media platforması "TikTok" iyun ayında keçiriləcək Avropa Parlamentinə seçkilər ərəfəsində 27 ölkədə yerli dil tətbiqi ilə saxta xəbərlərlə mübarizəni gücləndirəcəyini bildirib.

Tətbiq avropalıları seçki prosesi haqqında daha yaxşı məlumatlandırmaq üçün hazırlanıb.

Şirkət bildirib ki, Avropa Parlamenti deputatlarının təxminən 30 faizi "TikTok"dan istifadə edir.

Şirkət şəffaflığı və hesabatlılığı artırmaq üçün yaxın aylarda xüsusi dezinformasiya hesabatları təqdim edəcək.

Milli.Az


Etiketlər:  XƏBƏRDARLIQ TikTok bu problemə qarşı mübarizəyə başlayır


RƏYLƏR