Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2024 19:09
Gələn ay Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) nazir İliya Darçiaşvilinin həmkarı Hakan Fidanla görüşünə dair yaydığı bəyanatında bildirilib.
Qeyd olunub ki, XİN başçıları söhbət zamanı uğurlu Azərbaycan-Türkiyə-Gürcüstan formatına toxunublar.
"Hər üç ölkənin xarici işlər nazirlərinin bu formatda növbəti görüşü martda keçiriləcək", - məlumatda qeyd olunub.
Gürcüstan XİN-in məlumatına görə, tərəflər Azərbaycan, Gürcüstan və Türkiyənin tranzit potensialını da gözdən keçiriblər.
"Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafının, həmçinin Orta Dəhlizin önəmi qeyd edilib", - məlumatda bildirilib.