Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2024 21:44
Rusiyanın Buryatiya vilayətində elektron siqareti (veyp) əlindən alınan şagird bundan qəzəblənərək məktəbə balta ilə hücum edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə iki məktəbli arasında mübahisə ilə başlayıb, nəticədə biri digərinin elektron siqaretini əlindən alıb.
Bundan qəzəblənən məktəbli evə yollanıb və baltanı götürərək məktəbə qayıdıb.
Xoşbəxtlikdən, mühafizəçi onun təhsil müəssisəsinə daxil olmasının qarşısını ala bilib.
Hadisə yerinə polis çağırılıb, məktəbli saxlanılıb.