Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fatimə: "Həbsxanada yataram, amma Nazilədən üzr istəmərəm" - VİDEO

Fatimə:

Tarix: 18 Fevral 2024 09:40

Rəqqasə Fatimə Fətəliyeva qalmaqal yaşadığı şairə Nazilə Səfərli ilə uzun illərdir gedən məhkəmə çəkişməsindən söz açıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, Fatimə bu haqda qonaq olduğu stilist Anar Ağakişiyevin aparıcısı olduğu "Dəyişən Cavab" verilişində danışıb.

Anarın "Tutalım ki, məhkəmə Nazilə xanımın xeyrinə bitdi, qarşı tərəf də sizdən üzr gözlədi. Üzr istəyəcəksiniz?" sualına Fatimənin cavabı belə olub:

"Mən həyatda səhv olduğum məqamda üzr istəyirəm. Mən həbsxanada yataram, o qadından üzr istəmərəm",

Qeyd edək ki, Apelyasiya Məhkəməsində qalib gələn Nazilə Səfərli Fatimə Fətəliyevadan üzr istəməsini tələb edib.

Milli.Az


Etiketlər:  Fatimə Həbsxanada yataram amma Nazilədən üzr istəmərəm VİDEO


RƏYLƏR