Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Napoli"də baş məşqçi dəyişikliyi - RƏSMİ

Napoli

Tarix: 20 Fevral 2024 09:24

Son İtaliya çempionu "Napoli"ni "Barselona" ilə Çempionlar Liqası oyununa yeni baş məşqçi çıxaracaq.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Neapol klubu baş məşqçi dəyişikliyini rəsmən açıqlayıb. 

Valter Mazzarri istefaya göndərilib və onun yerinə Françesko Kalzona gəlib. 

Bu, 2023/2024 mövsümündə "Napoli"nin ikinci baş məşqçi dəyişikliyidir - Mazzarri Rudi Qarsiyanın istefasından sonra noyabrın ortalarından komandaya başçılıq edirdi. O vaxtdan bəri komanda 17 oyun keçirib və bu oyunda altı qələbə, üç heç-heçə və səkkiz məğlubiyyəti qeyd edib. 

Françesko Kalzona daha əvvəl Mauritsio Sarri (2015-2018) və Luçano Spalletti (2021-2022) ilə "Napoli"nin məşqçilər korpusunda çalışıb. İndi Kalzona özünü klubda baş məşqçi kimi sınayacaq. O, paralel olaraq, Slovakiya millisinin baş məşqçisi postundakı işini də davam etdirəcək. 

"Napoli" növbəti oyununu fevralın 21-də - Çempionlar Liqasında "Barselona"ya qarşı keçirəcək.

Milli.Az


Etiketlər:  Napolidə baş məşqçi dəyişikliyi RƏSMİ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR