Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2024 19:18
2024-cü ilin yanvar ayında Türkiyənin Çinə mebel, kağız və meşə məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 36,3 faiz azalaraq, 1,2 milyon dollara bərabər olub.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024-yanvar 2023) Türkiyə 8 milyard dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin mebel, kağız və meşə məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 12,4 milyard dollara bərabər olub.
2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,1 faiz çoxdur.