Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Akira Amari İlham Əliyevi təbrik edib

Akira Amari İlham Əliyevi təbrik edib

Tarix: 21 Fevral 2024 19:36

Yaponiya parlamenti Nümayəndələr Palatasının üzvü, Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri Akira Amari Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az president.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqası adından səmimi təbriklərimi çatdırıram.

Diplomatik münasibətlərinin qurulmasının 32-ci ildönümünü qeyd edən ölkələrimizin dostluq və tərəfdaşlıq əlaqələrinin Zati-alinizin dəstəyi ilə daha da möhkəmlənəcəyinə əminəm.

Ölkələrimizin parlamentlərarası münasibətləri davamlı şəkildə inkişaf edir. 1998-ci ildə əsası qoyulmuş Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının keçən il 25-ci ildönümü qeyd edilmişdir. Dostluq Liqasının əsası qoyulduğu gündən sədr olaraq ölkələrimizin əlaqələrinin inkişafı üçün səylərimi əsirgəməmişəm. Keçən il ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında xüsusi xidmətlərimə görə Zati-alinizin məni "Dostluq" ordeni ilə təltif etməsi şəxsim üçün çox böyük şərəfdir. Azərbaycan-Yaponiya dostluq münasibətlərinin inkişafı üçün bundan sonra da var gücümlə çalışacağam.

Zati-alinizə cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edir, Sizinlə görüşə biləcəyimiz günü səbirsizliklə gözləyirəm".

Milli.Az


Etiketlər:  Akira Amari İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ