Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sevda qızına təmtəraqlı DOĞUM GÜNÜ keçirdi - VİDEO

Sevda qızına təmtəraqlı DOĞUM GÜNÜ keçirdi - VİDEO

Tarix: 22 Fevral 2024 09:40

Müğənni Sevda Yahyayeva qızı Aylanın doğum gününü təmtəraqlı şəkildə qeyd edir.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi bunun üçün paytaxt restoranlarının birində ailəsini, yaxınlarını və şou əhlinin məşhur simalarını başına toplayaraq məclis keçirir.

Ad günü gecəsindən görüntüləri Sevdanın sənət dostu Zamiq Hüseynov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Sözügedən kadrlarda Sevda qucağında bir neçə ay əvvəl dünyaya gətirdiyi qız körpəsi Aida və həkim - genetik həyat yoldaşı Zakir Bayramov qucağında digər qız övladları Ayla əks olunub. 
Yahyayeva səhnədə qucağında övladı ilə mahnı oxuyub.

Milli.Az


Etiketlər:  Sevda qızına təmtəraqlı DOĞUM GÜNÜ keçirdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ