Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyaya səyahət arzusu - BİLETLƏR BAHALAŞACAQ

Dünyaya səyahət arzusu - BİLETLƏR BAHALAŞACAQ

Tarix: 23 Fevral 2024 07:22

İri sərmayədarlar və rəhbərlər bəyan edirlər ki, Amerika və Avropa aviaşirkətləri bu il yenidən biletlərin qiymətinin bahalaşması hesabına gəlirlərini artırmağa çalışacaqlar. Çünki onlar COVID-19 pandemiyasından sonra turizm bumundan mümkün qədər çox qazanc əldə etmək və daim təyyarə çatışmazlığı fonunda xərclərin artmasını yüngülləşdirmək istəyirlər.

Publika.az "Reuters" agentliyinə istinadla xəbər verir ki, iri aviadaşıyıcılar sorğunu təmin etmək üçün var qüvvələri ilə reyslərin sayını artırmağa çalışırlar. Lakin yeni "Airbus" (AIR.PA) və "Boeing" (BA.N)" təyyarələrinin tədarükündə ləngimələr səbəbindən çətinlik çəkirlər. Tədarüklərin məhdudluğuna görə aviabiletlərin tarifləri yüksək olaraq qalmaqdadır və bu da daşıyıcılara aviasiya yanacağı, işçi qüvvəsi və texniki xidmət xərclərində qənaət etmək imkanı verir.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, aviaşirkətlər bir sərnişindən orta hesabla 5,44 dollar qazanırlar. IATA-nın proqnozuna görə, 2024-cü ildə gəlirlər kiçik templərlə də olsa, təxminən 1,8 faiz artacaq.

Ekspertlərin proqnozlarına görə, Avropa aviaşirkətlərinin gəlirləri bu yay keçənilki səviyyəni ötərək 8,5 faizə çatacaq və 2025-ci ildə daha çox artacaq. Çünki səfərlərə tələbat da, yeni təyyarələrin çatdırılması ilə bağlı ləngimələr də qalacaq.

Analitiklərin dəyərləndirməsinə görə, bu yay tələbat 2019-cu ilin göstəricisi ilə müqayisədə 15-20 faiz artacaq.

"Daha yüksək tariflər bu yay gəlir gətirməkdə davam edəcək. Aviaşirkətlər daha çox pul qazanacaqlar, çünki müştərilər əvvəlki kimi daha çox ödəməyə hazırdılar", - deyə "Artemis Investment" aviaşirkətinin investoru Ceymi Lindsey bildirib.

Qeyd edilib ki, tariflər haqqında məlumatlar pandemiyadan sonra bərpa olunan aviaşirkətlərin davamlılığını göstərir. COVID-19 dövründə uçuşlar həyata keçməyəndə, sərhədlər bağlı olanda aviaşirkətlər öz üzərilərinə milyardlarla borc yığmışdılar.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası 2023-cü ildə dünya aviaşirkətlərinin xalis gəlir proqnozunu 23,3 milyard dollara qaldırıb. IATA-nın gözləntisinə görə, 2024-cü ildə sahənin cəmi xalis gəliri 25,7 milyard dollara çatacaq. Gələn il sərnişin axını 4,7 milyard nəfər səviyyəsində olacaq ki, bu da 2019-cu ilin göstəricisini (4,54 milyard nəfər) üstələyəcək və tarixi maksimuma çevrilə biləcək.


Etiketlər:  Dünyaya səyahət arzusu BİLETLƏR BAHALAŞACAQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ