Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekspert: Trans-Xəzər boru kəməri layihəsinin Avropa üçün üstünlükləri aşkardır

Ekspert: Trans-Xəzər boru kəməri layihəsinin Avropa üçün üstünlükləri aşkardır

Tarix: 15 Noyabr 2019 14:42

Bakı. Ləman Zeynalova - Trend:

Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutan Trans-Xəzər boru kəməri layihəsinin üstünlükləri aşkardır.

Bunu Trend-ə “Mediterranean Energy Political Risk Consultancy” şirkətinin siyasi risklər və energetika məsələləri üzrə məsləhətçisi Siril Viddershoven deyib.

O bildirib ki, Avropa ölkələri təbii qaz mənbələrini və nəqliyyat yollarını şaxələndirməyə çalışır:

“Mərkəzi Asiya və Qafqazdakı mənbələrə çıxış əldə etməklə Avropa əlavə qaz həcmləri əldə edə bilər”.

O qeyd edib ki, həm Türkmənistan, həm də Azərbaycan geniş qaz ehtiyatlarına malikdir və bu ehtiyatları kommersiya baxımından məhsuldar və həyat qabiliyyətli etmək lazımdır:

“Avropa İttifaqında qaza tələbatın artması fonunda hər iki ölkə öz ehtiyatlarını cəlbedici bazar qiymətləri ilə reallaşdıra bilər. Bu, həm də iki region arasında əlaqələri tam möhkəmləndirməyə imkan verəcək”.

S.Viddershoven deyib ki, Trans-Xəzər boru kəməri Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və institusional investorlar tərəfindən fəal dəstəklənməlidir.

Qeyd edək ki, Trans-Xəzər boru kəməri Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ekspert Trans Xəzər boru kəməri layihəsinin Avropa üçün üstünlükləri aşkardır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ