Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Tarix: 24 Fevral 2024 08:14

ABŞ Milli Qvardiyasına məxsus AH-64 Apache helikopteri Missisipi ştatında qəzaya uğrayıb, iki ekipaj üzvü həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Teyt Rivz xəbər verib.

"Missisipi Milli Qvardiyasının AH-64 helikopteri bu gün təlim uçuşu zamanı qəzaya uğrayıb. Təəssüf ki, göyərtəsində olan hər iki hərbi qulluqçu sağ qalmayıb", - Rivz "X"də yazıb.

Eyni zamanda, Missisipi Milli Qvardiyası özünün feysbuk səhifəsində "həlak olanlar haqqında məlumatların hələ təsdiqlənmədiyini" bildirib.

Hadisə yerində mütəxəssislər işləyir.

Milli.Az


Etiketlər:  ABŞ hərbi helikopter qəzaya uğrayıb ölənlər var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ