Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2024 15:46
"İsveçrə ilə matçda iki tam fəqrli hissə izlədik. Birinci hissədə əla çıxış etsək də, ikincidə bunu bacarmadıq".
Sonxeber.net xəbər verir ki, bunu İdman.Biz-ə basketbol üzrə Azərbaycan millisinin kapitanı Amil Həmzəyev deyib.
33 yaşlı basketbolçu Dünya çempionatının seçmə mərhələsində İsveçrəyə 53:72 hesabı ilə uduzduqqları matçı şərh edib. O bildirib ki, bu məğlubiyyətə əsas səbəb təcrübəsizlikdir: "İsveçrə asan rəqib deyildi. Bunu bilirdik və oyuna yaxşı hazırlaşmışdıq. Ümumi komanda olaraq təcrübəsizliyimiz məğlubiyətə səbəb oldu. Gənc oyunçular çoxdur. Yaşca çox gənc olmasalar da, Avropa arenasında gəncdirlər".
Həmzəyev sabah Kosovo millisinə qarşı keçiriləcək görüş haqqında da fikir bildirib. Millinin lideri Kosovonu yaxşı təhlil etdiklərini deyib: "Kosovo mərhələyə İrlandiya üzərində 83:76 hesablı qələbə ilə başlayıb. Düşünürəm ki, evdə tamam fərqli bir oyun göstərib, qalib gələcəyik. İsveçrə ilə matçda şəxsi oyunum o qədər də yaxşı alınmasa da, sabahkı matçda əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Çox istərdim ki, Azərbaycan Basketbol Liqasında mübarizə aparan klubların hamısının fan klubları sabah Sərhədçi İdman Kompleksində bizə dəstək olsunlar".
Qeyd edək ki, Azərbaycan - Kosovo matçı sabah saat 14:00-da start götürəcək.