Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya millisinin məşqçisi: “Lunyovun karyerasının ən yaxşı dövrüdür”

Rusiya millisinin məşqçisi: “Lunyovun karyerasının ən yaxşı dövrüdür”

Tarix: 24 Fevral 2024 16:42

"Braqa" ilə matçdan sonra Andrey Lunyovla danışdım, təbrik etdim. Onlar Azərbaycan üçün böyük iş gördülər".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov deyib.

O, "Qarabağ"ın qapıçısı Andrey Lunyov barədə fikirlərini açıqlayıb: "Avropa Liqasının 1/8 finalı yerli komanda üçün uğurdur. "Braqa"nı keçmək çox çətin oldu, amma "Qarabağ" futbolçularına əhsən düşür. Öz qurtarışları ilə Lunyov mərhələ keçməyə böyük töhfə verdi".

Kafanov Lunyovu xaricdə oynayan ən yaxşı rusiyalı qapıçı hesab edir: "Mən onu "Ufa"dan, karyerasını başlayan vaxtdan tanıyıram. Bəlkə də özü razılaşmaz, amma düşünürəm ki, indi Lunyovun karyerasının ən yaxşı dövrüdür. Onu digər rusiyalı qapıçılarla müqayisə etmək düz olmaz, çünki biz avrokuboklarda oynamırıq. Andrey Avropa Liqasında rəmzi komandaya düşüb. Xaricdə oynayan bütün qolkiperləri izləyirik. İndi xaricdə oynayan rusiyalılar arasında ən yaxşı qapıçı Andrey Lunyovdur".

Milli.Az


Etiketlər:  Rusiya millisinin məşqçisi Lunyovun karyerasının ən yaxşı dövrüdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ