Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2019 15:32
Səudiyyə Ərəbistanında Kral Abdulla adına Elm və Texnologiyalar Universitetinin mühəndisləri tərəfindən hazırlanmış “ağıllı” dəri datçik və batareyasız işləyir. Sözügedən dəri sahibinin sağlamlığı haqqında məlumat toplamaq üçün yalnız maqnit sahəsindəki dəyişikliklərdən istifadə edir. Tədqiqat “Advanced Materials Technologies” jurnalında dərc edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “ağıllı” dəri maqnitləşdirilmiş mikrozərrəciklər qatılmış çox elastik biouyğun polimerdən ibarətdir.
Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə onların həlli beyin-kompüter interfeyslərində istifadə oluna, yuxu rejimini təhlil edə və ya sükan arxasında olan sürücünün vəziyyətinə nəzarət edə bilər. Bu kimi hallarda maqnit datçik eynək çərçivəsinə, yuxu maskasına və ya hətta alın nahiyəsinə çəkilmiş elektron döyməyə inteqrasiya edilə bilər.
Emil Hüseynov